...

"Anglo Asian Mining" Azərbaycanda yeni yataqların işlənməsi ilə əlaqədar saziş imzalayıb

Energetika Materials 30 Sentyabr 2021 20:24 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycanda yeni yataqların işlənməsi ilə əlaqədar saziş imzalayıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Böyük Britaniyanın "Anglo Asian Mining" Azərbaycan hökuməti ilə yeni yataqların işlənməsi ilə əlaqədar saziş imzalayıb.

Trend-in məlumatına görə, saziş ümumi sahəsi 882 kvadratkilometr olan "Xarxar" və "Qaradağ" mis yataqları və "Dəmirli" mis-molibden yatağını əhatə edir.

Qeyd olunur ki, "Xarxar" yatağı "Gədəbəy" və "Qoşa" müqavilə sahələri ilə sərhəddir: "Qaradağ" müqavilə sahəsində 3 milyard dollardan çox dəyərdə 300 min tondan çox mis mövcuddur. Qarabağ iqtisadi zonasında yerləşən "Dəmirli" müqavilə sahəsində, ilkin məlumatlara əsasən, 275 min ton mis 3,2 min ton molibden mövcuddur".

"Anglo Asian Mining" şirkətinin məlumatına görə, yataqlarda faydalı qazıntıların qiymətləndirilməsi üzrə kompleks işlər sazişin Azərbaycan parlamenti tərəfindən ratifikasiyasından sonra başlayacaq.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti