...

bp-nin Azərbaycan üzrə yeni vitse-prezidenti təyin edilib

Energetika Materials 26 İyul 2022 12:33 (UTC +04:00)
bp-nin Azərbaycan üzrə yeni vitse-prezidenti təyin edilib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Kolin Allan bp-nin Azərbaycan, Gürcüstan və Türkiyədə maliyyə üzrə yeni vitse-prezidenti təyin edilib.

Trend-in məlumatına görə, o, bu vəzifədə Nayl Hendersonu əvəz edəcək.

K.Allan 1999-cu ildən bp-də işləyir. O, bp-nin Şimal dənizi regionu, Azərbaycan, Əlcəzair, Anqola və Trinidad və Tobaqo bölmələrində kommersiya fəaliyyəti və biznes inkişafı sahələrində müxtəlif vəzifələrdə olub.

Kolin Allan "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi üzrə danışıqlarda iştirak edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti