...

Azərbaycan əmtəə qazının hasilatını artırıb

Energetika Materials 14 Sentyabr 2022 13:07 (UTC +04:00)
Azərbaycan əmtəə qazının hasilatını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda təbii qaz hasilatı 30,657 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 22,93 milyard kubmetr təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 9,8 və 11,3 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 21,87 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 5,1 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda təbii qaz hasilatı 43,86 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 32,57 milyard kubmetr təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti