Bakı. Trend:
Albaniyanın strateji Trans-Adriatik qaz kəməri (TAP) ilə qoşulmasının olmaması böyük uğursuzluqdur.
Trend-in məlumatına görə, bunu Albaniyanın sabiq prezidenti İlir Meta öz "Facebook" səhifəsində yazıb.
"Albaniyanın qazlaşdırılması sıfır səviyyəsindədir. TAP 2020-ci il noyabrın 15-də istismara verilib. Albaniyanın bu qaz xəttinə qoşulmasının olmaması böyük uğursuzluqdur. Qazlaşdırma üzrə baş plana uyğun olaraq İonik-Adriatik boru xətti layihəsini reallaşdırmaq, Fier-Vlöra boru xəttini TAP birləşdirmək üçün kifayət qədər vaxt var idi", - o yazıb.
(Tərcümə: Orxan Nəbiyev)