Bakı. Trend:
ICGB müstəqil operatoru Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə təbii qaz nəqli üçün icazə alıb.
Bu barədə Trend-ə şirkətdən bildiriblər.
Qeyd olunub ki, IGB-nin işə salınmasına bir gün qalmış Bolqarıstanın Enerji və Su Ehtiyatlarının Tənzləmэnməsi Komissiyası (EWRC) ICGB şirkətinin qaz nəqli üzrə fəaliyyətə başlamasına icazə verib.
"Bu yekun sənəd şirkətin 2021-ci ilin noyabrında aldığı lisenziyaya uyğun olaraq bütün şərtləri yerinə yetirdiyini təsdiq edir. EWRC öz qərarı ilə təsdiq edir ki, ICGB bu infrastruktur vasitəsilə həm texniki, həm də maliyyə baxımından təbii qaz nəqlini həyata keçirməyə hazırdır. İnterkonnetor oktabarın 1-də, yeni qaz ili və yeni istilik mövsümünün birinci günündə istismara verilir", - məlumatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)