Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2022-ci il üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barrel üçün 102,13 dollardan 101,48 dollara endirib.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Energetika Nazirliyinin hesabatında deyilir.
Nazirlik həmçinin 2023-cü ilin əvvəlində "Brent" markalı neftin qiymətinin 90 dollar/barel üzərində qalacağını gözləyir. Orta hesabla 2023-cü ildə neftin qiyməti bir barel üçün 92 dollara çata bilər.
"WTI" markalı neftin qiyməti 2022-ci ildə 95,22 dollar/barel, 2023-cü ildə isə 86,36 dollar/barel səviyyəsində proqnozlaşdırılır.