...

İsveçrənin Azərbaycanın neft-qaz sektoruna qoyduğu investisiyaların həcmi açıqlanıb

Energetika Materials 14 Dekabr 2022 16:10 (UTC +04:00)
İsveçrənin Azərbaycanın neft-qaz sektoruna qoyduğu investisiyaların həcmi açıqlanıb
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İsveçrə ilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan-İsveçrə Biznes Forumunda Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

"Bunu ölkələrimiz arasında imzalanmış anlaşma memorandumu sübut edir. Bu yaxınlarda İsveçrə Azərbaycanın neft-qaz sektoruna 48 milyon avro sərmayə qoyub", - deyə nazir müavini bildirib.

O, həmçinin, SOCAR-ın İsveçrədəki törəmə müəssisəsinin mühüm rolunu qeyd edib.

İki ölkə arasında əməkdaşlıqdan danışan Elnur Əliyev tərəflərin parlamentlər və aparıcı nazirliklər səviyyəsində siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıb.

"Ölkələrimiz arasında imzalanmış 28 sənəd biznes sektorunun daha da inkişafını təmin edəcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti