...

Cəbrayılda günəş elektrik stansiyasının texniki və kommersiya parametrləri üzrə razılaşdırma yekunlaşıb - bp

Energetika Materials 26 Yanvar 2023 13:53 (UTC +04:00)
Cəbrayılda günəş elektrik stansiyasının texniki və kommersiya parametrləri üzrə razılaşdırma yekunlaşıb - bp
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ərzində bp tərəfindən Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi layihəsinin texniki və kommersiya çərçivələrinin razılaşdırılması bitdikdə biz investisiya qərarı haqda danışa bilərik.

Bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Trend-ə deyib.

"Bildiyiniz kimi, ötən illər ərzində biz razılaşma imzalamışıq. Layihə üzrə işlər davam edir. Demək olar ki, texniki və kommersiya parametrlərinin razılaşdırılması bitib. Ərazi minalardan təmizlənir. Bu il ərzində layihənin texniki və kommersiya çərçivələrinin razılaşdırılması bitdikdə biz investisiya qərarı haqda danışa bilərik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti