...

SOCAR kreditlər üzrə təqribən 4 milyard dollar ödəniş edib

Energetika Materials 27 İyun 2023 10:22 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ildə bir neçə yerli və beynəlxalq banka olan 6,728 milyard manat (3,957 milyard dollar dəyərindəki) dəyərində ödənilməmiş krediti ödəyib.

Trend xəbər verir ki, məbləğ 2,550 milyard manat (1,5 milyard dollar) dəyərində istiqrazların ödənilməsini də əhatə edib.

Hesabat tarixindən sonra şirkət maliyyə institutlarından 3,857 milyard manat (2,267 milyard dollar) dəyərində yeni uzunmüddətli və qısamüddətli kreditlər alıb.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti