Bakı. Trend:
"Brent" markalı neftin Londonun "ICE" birjasında dekabr fyuçerslərinin qiyməti sentyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 90 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasında bildirilib.
Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,73 faiz azalaraq 89,75 dollar/barel təşkil edib.
Eyni zamanda "WTI" markalı xam neftin dekabr ayı üçün fyuçersləri 3,58 faiz azalaraq 87,85 dollar/barelə bərabər olub.