...

BTC vasitəsilə Türkiyəyə neft tədarükü artıb

Energetika Materials 30 Oktyabr 2023 12:05 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft tədarükü artım nümayiş etdirib.

Trend bu barədə Türkiyənin "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində neft nəqli ötən ilin analoji dövründəki 164,379 milyon barellə müqayisədə artaraq, 171,676 milyon barelə çatıb. Bu, illik 4,44 faiz artımdan xəbər verir və əlavə olaraq 7,297 milyon barelə ekvivalentdir.

Aylıq hesablamada BTC boru kəməri ilə Türkiyəyə neft nəqlinin ən yüksək həcmi may ayında qeydə alınıb və 19,974 milyon barel olub. Ən aşağı göstərici isə 15,882 milyon barelin tədarük olunduğu fevral ayında müşahidə olunub.

Qeyd edək ki, hazırda BTC boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından xam neft və "Şahdəniz" yatağından kondensat nəql olunur. Bundan başqa, BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan daneft və kondensat həcmləri nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti