...

SOFAZ-ın da iştirak etdiyi konsorsium Dubayda "GEMS Education"a investisiya yatırır

Energetika Materials 18 İyun 2024 13:53 (UTC +04:00)
SOFAZ-ın da iştirak etdiyi konsorsium Dubayda "GEMS Education"a investisiya yatırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın "Brookfield Asset Management Ltd." şirkətinin rəhbərlik etdiyi və Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) də iştirak etdiyi konsorsium baş ofisi Dubayda yerləşən "GEMS Education" beynəlxalq təhsil şirkətinə investisiya yatırır.

Bu barədə Trend-ə fonddan məlumat veriblər.

Məlumata görə, "Brookfield Asset Management" təhsil şirkətinə 2 milyard dollara yaxın investisiya yatırmağı planlaşdırır. Sövdələşmənin digər təfərrüatı açıqlanmayıb.

"Brookfield" və SOFAZ ilə yanaşı, konsorsiuma, həmçinin, Dubayda yerləşən "Gulf Islamic Investments" və "Marathon Asset Management" şirkətləri daxildir. Sövdələşmənin normativ və digər adi şərtlərə riayət etməklə üçüncü rübdə bağlı olacağı gözlənilir.

Bu sövdələşmə 2022-ci ildə başlayan satış prosesini tamamlayır. Bundan əvvəl "Varkey Foundation" şirkəti 2020-ci ildə öz payının bir hissəsini satmaq istəyib, lakin COVID-19 pandemiyası başladığından, sövdələşməni həyata keçirmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda "GEMS Education"da Birləşmiş Ərəb Əmirliklərinin 40-dan çox məktəbində 135 mindən çox tələbə təhsil alır.

"Global Education Management Systems (GEMS)" kimi əsası qoyulmuş "GEMS Education" beynəlxalq təhsil şirkətidir. Bu, qlobal konsaltinq və təhsil idarəçiliyi şirkətidir və dünyanın 12 sinfə qədər ən böyük uşaq bağçaları operatorudur. "GEMS Education Solutions" özünün konsaltinq şöbəsi vasitəsilə beynəlxalq səviyyədə dövlət və özəl sektordan olan müştərilərlə məktəblərin yaxşılaşdırılması ilə bağlı təşəbbüslərin üzərində işləyir.

Əsası Dubayda qoyulmuş və baş ofisi burada yerləşən "GEMS" Birləşmiş Krallıq, ABŞ, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Keniyada ofislərə malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti