...

Azərbaycanın xam neft və neft məhsulları ixracı azalıb

Energetika Materials 22 Yanvar 2025 16:47 (UTC +04:00)
Azərbaycanın xam neft və neft məhsulları ixracı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan 14,4 milyard ABŞ dolları dəyərində 23,6 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən (DGK) məlumat əldə edib.

Məlumata görə, 2023-cü ildəki göstəricilərlə müqayisədə sözügedən məhsulların ixracı miqdar baxımından 2,4 milyon ton (9,4%), dəyər ifadəsində isə 1,8 milyard ABŞ dolları (11,1%) azdır.

Xatırladaq ki, 2023-cü ildə ölkədən 26 milyon ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 16,2 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti