...

Energetika naziri Saatlıda vətəndaşları qəbul edib (FOTO)

Energetika Materials 7 Mart 2025 15:51 (UTC +04:00)
Energetika naziri Saatlıda vətəndaşları qəbul edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov martın 7-də Saatlıda vətəndaşları qəbul edib.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xətlərinin və dirəyinin yerdəyişməsi, transformatorun istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qaz təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Şirvan, Ağsu, Sabirabad, Beyləqan, Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti