Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min dollar dəyərində yanacaq ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında vurğulayıb ki, Azərbaycan işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb və bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxıl partiyası olub.
18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərib.
Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.
11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton "Aİ-92" markalı avtomobil benzini bu ölkəyə göndərilib.
