...

SOCAR İstiqrazlarının 17-ci kupon ödənişi edilib

Energetika Materials 2 Fevral 2026 14:11 (UTC +04:00)
SOCAR İstiqrazlarının 17-ci kupon ödənişi edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 2 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb (Emissiya Prospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur).

Trend bu barədə SOCAR-a istinadən xəbər verir.

17-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 19 milyon 125 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil edəcək.)

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1612 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, ikinci SOCAR İstiqrazlarının növbəti kupon ödənişi tarixi 1 may 2026-cı ildir.

10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti