...

bp "Şahdəniz" yatağından hasil olunan qazın ümumi həcmini açıqladı

Energetika Materials 12 Fevral 2026 16:37 (UTC +04:00)
bp "Şahdəniz" yatağından hasil olunan qazın ümumi həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2006-cı ildə istismara verildiyi vaxtdan 2025-ci ilin sonunadək Azərbaycanın “Şahdəniz” yatağında ümumilikdə təxminən 264 milyard kubmetr qaz hasil olunub.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Eyni dövrdə kondensat hasilatı 52 milyon ton təşkil edib.

2025-ci ildə yataqda "Shah Deniz Alpha" və "Shah Deniz Bravo" platformalarından təxminən 27 milyard standart kubmetr qaz və 4 milyon tona yaxın kondensat (təxminən 32 milyon barel) istehsal edilib.

Beləliklə, qaz hasilatı 2024-cü illə (28 milyard standart kubmetr) müqayisədə 3,8% azalıb, kondensat hasilatının həcmi isə əvvəlki ilin səviyyəsində qalıb.

İl ərzində “Şahdəniz” yatağından hasil olunan qaz Azərbaycan (SOCAR), Gürcüstan (GOGC) və Türkiyə (BOTAS) bazarlarına, BTC kəmərinin marşrut üzrə müxtəlif nöqtələrindəki obyektlərə, eləcə də Avropadakı alıcılara çatdırılıb.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

"Şahdəniz"də iştirak payları belədir:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti