2005-ci ilin yanvar-avqust ayları ərzində birgə müəssisələr və əməliyyat şirkətləri tərəfindən 644 117 ton neft hasil edilib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 4,9% çoxdur. Bu barədə Trend ə məlumatlı mənbələrdən məlum olüb.
Avqustda müəssisələr 83029 ton neft hasil edib, bu isə iyul göstəricisindən 1518 ton çoxdur. Salyan Oil ƏŞ avqustda 29 046 ton, Shirvan Oil BM - 19 928 ton, KAOC ƏŞ- 23 789 ton, Azgerneft BM - 5580 ton, Anshad Petrol BM- 3813 ton, GOC ƏŞ - 342 ton, AzShengli - 531 ton neft hasil edib.
2005-ci ilin yanvar-avqust aylarında ƏŞ və BM tərəfindən hasil edilən neftin cədvəli aşağıdakı kimdir:
BM və ƏŞ |
yanvar-avqust 2005 (ton) |
2004-cü ilin yanvar-avqust ayı ilə müqayisədə % nisbəti |
Salyan Oil |
232698 |
92,7 |
Shirvan Oil |
157112 |
92 |
KAOC |
176773 |
150,7 |
Azgerneft |
40571 |
97,4 |
Anshad Petrol |
30486 |
107,1 |
GOC |
3209 |
117,5 |
AzShengli |
3268 |
141,6 |