...

Polşa Azərbaycandan neft və qazın alınmasında maraqlıdır

Energetika Materials 22 Dekabr 2005 12:44 (UTC +04:00)

"Polşa Azərbaycandan neft və qazın alınmasında maraqlıdır". Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 22-də keçirilmiş mətbuat konfransında Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bəyan edib.

Onun sözlərinə görə, bu məsələ Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyakın 2006-cı ilin yanvar-fevral aylarında Azərbaycana səfəri zamanı diqqət mərkəzində olacaq. O, Azərbaycan tərəfi ilə məsələnin detallarını müzakirə etmək niyyətindədir. Diplomat onu da bildirib ki, Polşa Odessa-Brodı boru kəməri layihəsini dəstəkləməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti