...

Azərbaycanda maye qazın satışı 1,3% azalıb

Energetika Materials 28 Dekabr 2005 12:33 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan bazarında 131,6 min ton həcmində maye qaz satılıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 1,3% azdır. Bu brədə Trend ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hazır məhsul anbarlarında qaz qalığının həcmi oktyabrın sonunda 4,6 min ton təşkil edib ki, bu da 2004-cü il oktyabrın sonuna olan göstərici ilə müqayisədə 58,6% çoxdur. 1 ton maye qazın (butan-butilen və propan-propilen fraksiyası) daxili qiyməti 587288 manat ($127), daxili bazarda topdan satış qiyməti - 893000 manat ($194), pərakəndə satış qiyməti isə 1200000 manat ($261) təşkil edir.

Maye qaz AR DNŞ-in tərkibinə daxil olan "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) və Azərbaycan qaz emalı SC-nin bazasında istehsal olunur.

Xəbər lenti

Xəbər lenti