...

Azərbaycan DRES-in 5-ci blokunun yenidən qurulmasının başa çatdırılması yubanır

Energetika Materials 9 Yanvar 2006 20:07 (UTC +04:00)

Azərbaycan DRES-in 5-ci blokunun yenidən qurulmasının başa çatdırılması ləngiyir. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Burada işlər Rusiyanın "Silovıye maşinı" SC tərəfindən həyata keçirilir. Rusiya şirkətinin podratçısı olan Almaniyanın Siemens şirkəti layihə üçün panellərin daşınması zamanı baş vermiş hadisə ilə əladəar onları vaxtında çatdıra bilməyib. Bundan əvvəl Azərenerji SC Siemens-dən layihənin reallaşdırılmasının davam etdirilməsi üçün avadanlıqların təkrar çatdırılmasını təmin etməyi xahiş etmişdi.

İşləri yanvarda başa çatdırmaq planlaşdırılmışdı, lakin bununla əlaqədar işlərin fevralın əvvəllərində başa çatdırılması ehtimal edilir. İnşaat işlərinin başa çatdırılmasından sonra quraşdırılmış avadanlığını yoxlaman keçirilməsinə başlanılacaq.

Göstərilən aqreqatın yenidən qurulması onun texniki parametrlərini yaxşılaşdırmağa və DRES-in işinin etibarlılığını artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti