...

"Azərenerji" öz əməkdaşlarına Azərbaycanın regionlarında enerji haqqı toplanmağı qadağan edib

Energetika Materials 15 Mart 2006 15:37 (UTC +04:00)

"Azərenerji" SC istifadə olunan enerjiyə görə ödəniş haqqının toplanmasında şəffaflığ artırmaq mənsədilə öz əməkdaşlarına bu haqları toplanmağı qadağan edib. Trend in verdiyi məlumata görə, bu barədə SC-in məlumatında bildirilir. Abunəçilər tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə ödəniş Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt şöbələri vasitəsilə həyata keçirilə bilər.

Bu tədbirlər "ƏliBayramlıelektrikşəbəkə" və "Gəncəelektrikşəbəkə" elektrik enerjisi şəbəkələrinin əsasında yenidən yaradılmış "Gəncə regional enerji təchizatı" MMC-də tətbiq ediləcək. Bu şəbəkə Gəncə, Xanlar, Naftalan, Samux, Goranboy. "Mingəçevir regional enerji təchizat" MMC Mingəçevir, Şəki, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax, Ağdaş, Yevlax, Bərda, Ucar, Göyçayı əhatə edir. "İmişli regional enerji təchizat" - İmişli, Saatlı, Beyləqan, Ağdam, Ağcabədi, Füzuli, Zərdabı əhatə edir . "Əlibayramlı regional enerji təchizat" - Əli Bayramlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsunu, "Masallı regional enerji təchizat" - Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilbad, Biləsuvarı əhağə edir.

Paylaşdırıcı şəbəkələr səhmdar cəmiyyətə prezidentin ötən ilin 5 dekabr tarixli əvvəllər idarəetmə şəbəkəsi kimi çıxış edən "Bayva" şirkətinin müqaviləsinin ləğv ediliməsi barədə fərmanı üzrə verilib.

Xəbər lenti

Xəbər lenti