...

Jaksıbek Kulekeyev: Qazaxıstan BTC ilə ildə 36 mln tonadək neft nəql etməyi planlaşdırır

Energetika Materials 1 İyun 2006 12:41 (UTC +04:00)

"KazMunayQaz" MK QSC 2010-cu il üçün İskənədən (Atırau vilayəti) Kurık limanınadək neft terminalına malik neft kəməri çəkmək niyyətindədir. Kəmərin uzunluğu 950 km təşkil edəcək. "KazMunayQaz"ın maliyyə məsələləri üzrə vitse-prezidenti Jaksıbek Kulekeyevin Trend in Qazaxıstandakı xüsusi müxbirinə verdiyi məlumata görə, birinci mərhələdə "Kaşaqan" yatağından ildə 36 mln ton artımla 5 mln ton neft bu neft kəməri ilə Kurık limanına, Xəzərlə Bakıya, BTC ilə isə dünya bazarlarına nəql olunacaq.

Onun sözlərinə görə, Aktau-Bakı sualtı neft kəmərinin tikintisi məsələsinin müzakirəsi Xəzər dənizinin statusunun müəyyən edilməsi ilə bağlı problemin həllindən sonra mümkün olacaq. "Əgər nəzəri cəhətdən bu problemin həll ediləcəyini təsəvvür etsək, o zaman boru kəmərinin inşası böyük çətinlik yaratmayacaq. Bu, cəmi 1-1,5 il çəkəcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti