...

ARDNŞ prezidenti Fransanın Total şirkətinin nümayəndələri ilə görüşüb

Energetika Materials 11 İyul 2006 17:25 (UTC +04:00)
ARDNŞ prezidenti  Fransanın Total şirkətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iyulun 11-də Fransanın ''Total'' şirkətinin İnsan resursları və korporativ əlaqələr departamentinin Universitetlərlə beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cehan-Erik Blumerunu və ''Total''ın Azərbaycandakı nümayəndəsi Tyeri Normanı qəbul edib. Trend"in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən məlumat verilib.

Görüşdə ARDNŞ-nin xarici ölkələrdə kadr hazırlığı proqramına ''Total'' şirkətində böyük maraq göstərildiyini qeyd edən T.Norman həmin proqram üzrə ARDNŞ ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini vurğulayıb və bunun üçün şirkətin Fransadan gəlmiş nümayəndəsini təqdim edib.

Cehan-Erik Blumeru ''Total'' şirkətində xarici ölkələr üçün tələbə hazırlığı üçün təqaüd proqramı ilə məşğul olduğunu, indiyədək dünyanın bir çox ölkələrindəki neft şirkətləri üçün kadr hazırlığına rəhbərlik etdiyini nəzərə çatdırıb.

ARDNŞ ''Total'' şirkəti vasitəsilə həm magistratura, həm də bakalavr pillələri səviyyəsində kadr hazırlığını təşkil etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti