2006-cı ilin birinci yarısı ərzində gücünə görə Azərbaycanda ikinci yeri tutan Əlibayramlı İES-də 2,835 milyard kVt/s elektrik enerjisi hasil edilib. Trend inverdiyi xəbərə görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildiriblər. Hasilat plan göstəricilərini 62,6 milyon kVt/s ötüb.
Altı ay ərzində elektrik enerjisinin bir vahidinin hasil edilməsi üçün 445,19 qramm şərti yanacaq sərf edilib. Bu, proqnozdan 2,8 bənd aşağıdır və 7 507 ton şərti yanacağın qənaət edilməsinə səbəb olub.
İyun ayında Əlibayramlı İES-də 104 milyon 37,6 min kVt/s elektrik enerjisi hasil edilib. Ötən ay 1 saylı enerji blokunda təmir işləri davam etdirilib və bu işlər tamamlanma mərhələsindədir. 3 saylı enerji blokunda görüləcək işlərə hazırlıq gedir.
Hazırda Əlibayramlı İES-in yenidən qurulması gözdən keçirilir. Səhmdar cəmiyyətin mütəxəssisləri qazla işləyən buxar-qaz qurğularının və mazut və qazla işləyən modul stansiyalarının tikinti imkanlarını nəzərdən keçirirlər.