...

Amerikanın Forqel Finans şirkəti Azərbaycan Dövlət Neft Şirkəti üçün qaz-kompressor stansiyası tikəcək

Energetika Materials 22 İyul 2006 14:02 (UTC +04:00)

"Günəşli" yatağında aşağı təzyiqli qazın sıxılması üçün qaz-kompressor stansiyasının tikintisi və onun sahilə nəqli üzrə tenderin qalibi Amerikanın Forqel Finans LTD şirkəti olub. Trend in xəbər verdiyi kimi, bu barədə "Xalq qəzeti"nə Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" istehsalat birliyi başçısının müavini Ağasəf Əliyev bildirib. Kompressor stansiyası "Günəşli-4" platformasında quraşdırılacaq.

Razılaşmaya əsasən lazımi avadanlığın tədarükü bu ilin noyabr ayından 2007-ci ilin aprel ayına qədər həyata keçiriləcək. Bu il artıq tikinti-montaj işləri başlayacaq.

Bu layihə çərçivəsində həmçinin 20 km uzunluqlu və 500 mm diametrli sualtı qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu boru kəməri "Günəşli-4" platformasından "Neft Daşları" yatağına qədər çəkiləcək. Boruları Almaniyanın "MAN" şirkəti tədarük edəcək, boruların dənizdə çəkilməsi ilə isə Amerikanın McDermott şirkəti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti