...

Bakı modul elektrik stansiyasının tikintisinə başlanılır

Energetika Materials 22 Avqust 2006 14:56 (UTC +04:00)

"Azərenerji" SC Bakı modul elektrik stansiyasının tikintisinə başlayıb. Hazırda əsas tikintiyə hazırlıq işləri görülür. Modul elektrik stansiyasının tikiləcəyi "BakİEM-2"-nin ərazisinin yararsız və istifadə edilməyən avadanlıqlardan təmizlənmə prosesi 80% tamamlanıb. Trend xəbər verir ki, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən bildiriblər.

Yeni elektrik stansiyasının gücü 106 mVt təşkil edəcək. Stansiya Finlyandiyanın Wartsila şirkətinin layihəsinin baş podratçısı tərəfindən tikiləcək. Stansiyada həmçinin blokların quraşdırılması üçün beton tökülür.

Paralel olaraq 110 kilovoltluq yarımstansiya tikiləcək. Bu yarımstansiya hasil edilmiş elektrik enerjisinin vahid milli enerji sisteminə ötürülməsini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti