...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 2 Oktyabr 2006 14:09 (UTC +04:00)

AZERI LT FOB Ceyhan neftinin qiyməti sentyabrın 29-da $60,35/barel təşkil edib, bu isə sentyabrın 28-dəki qiymətdən $1,33/barel azdır. Bu barədə Trend xəbər verir. Ötən cümə günü üçün AZERI LT FOB Ceyhan neftinin qiyməti $0,86/barel yüksəlib.

Trend xəbər verir ki, AZERI LT CIF Augusta neftinin qiyməti sentyabrın 29-da $61,55/barel təşkil edib, bu isə sentyabrın 28-dəki qiymətdən $1,26/barel azdır. Ötən cümə günü üçün AZERI LT CİF Augusta neftinin qiyməti $1,00/barel yüksəlib.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti sentyabrın 29-da $55,84/barel təşkil edib, bu isə sentyabrın 28-dəki qiymətdən $1,54/barel azdır. Ötən cümə günü üçün URAL (EX-NOVO) neftinin qiyməti $1,54/barel yüksəlib.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Sentyabrın 29-da DTD neftinin qiyməti $59,33/barel təşkil edib, bu isə sentyabrın 28-dəki qiymətdən $1,32/barel azdır. Ötən cümə günü üçün DTD neftinin qiyməti $0,46/barel yüksəlib.

DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti