...

Naxçıvan MR-in enerji sisteminə 840 mln. kVt/s elektrik enerjisi daxil olub

Energetika Materials 5 Oktyabr 2006 12:28 (UTC +04:00)

Trend-i buradan izləyin

Sentyabr ayında Naxçıvan Muxtar Respublikasının enerji sisteminə təxminən 70,706 mln. kVt/s elektrik enerjisi daxil olub. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Avqust ayında istismara verilmiş Vayxır SES "Araz" SES ilə birgə muxtariyyatın enerji sisteminə sentyabr ayında 0,5 mln. kVt/s elektrik enerjisi verib.

Naxçıvan qaz-turbin stansiyası sentyabr ayında 8,7 mln. kVt/s elektrik enerjisi istehsal edib.

Sentyabr ayında İrandan NMR-ə elektrik enerjisi tədarükü 40,866 mln. kVt/s, Türkiyədən enerji tədarükü isə 20,64 mln. kVt/s elektrik enerjisi təşkil edib. Hazırda orta hesabla İİR-dən sutkada 1,1- 1,2 mln. kVt/s elektrik enerjisi, Türkiyədən isə - 500-600 min kVt/s elektrik enerjisi daxil olur.

İlin əvvəlindən NMR enerji sistemi 840 mln. kVt/s-dan çox elektrik enerjisi alıb.

Xəbər lenti

Xəbər lenti