...

"Bakıelektrikşəbəkə" SC qış iş rejiminə keçir

Energetika Materials 16 Noyabr 2006 20:29 (UTC +04:00)

Trend SC-nin məlumatına istinadən bildirir ki, Bakıda bölüşdürücü şəbəkələri idarə edən "Bakıelektrikşəbəkə" səhimdar cəmiyyəti 2006-cı il noyabrın 15-dən 2007-ci il aprelin 15-nə kimi qış rejimində işləyəcək.

Məlumatda qeyd olunduğu kimi, SC-nin işlədiyi ərazilərdə qızdırıcı sistemlərin pis vəziyyətinə görə elektrik enerjisi mənzillərin, evlərin və ofislərin qızdırılması üçün istifadə olunur. Bunun nəticəsində elektrik enerjisinin istifadə həcmi 2 dəfə artır.

Sənəddə qeyd olunur ki, qış mərhələsinə keçid ilin bu vaxtında şəbəkənin mühafizəsi üçün, şəbəkənin həddindən artıq yüklənməsi probleminin qarşısını almaq üçün, istehlakçılarda elektrik enerjisinə qənaət adətlərini formallaşdırmaq üçün və digər tədbirlər üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti