...

"Azərenerji" SC Azərbaycanda elektrik enerjisi istehsalı həcmini elan edib

Energetika Materials 5 Dekabr 2006 12:57 (UTC +04:00)

"Azərenerji" Səhmdar Cəmiyyəti mətbuat xidmətinin Trend ə verdiyi məlumatda bildirilir ki. Cəmiyyət tərəfindən noyabr ayı ərzində 2 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib.

Sentyabr ayında istehsal edilmiş ümumi elektrik enerjisinin 1,9 mlrd. kV/s istilik elektrik stansiyalarının və 0,1 mlrd. kVt/s isə hidrostansiyanın payına düşür.

Bu ilin noyabr ayı ərzində elekrik enerjisinin qonşu ölkələrdən idxalı da davam edib. Rusiyadan 36,5 mln. kVt/s, İrandan - 62,3 mln. kVt/s, Türkiyədən - 27,6 mln. kVt/s elektrik enerjisi alınıb.

İlin əvvəlindən etibarən "Azərenerji" sistemində 21,2 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun 18,9 mlrd. kVt/s-ı istilik-elektrik stansiyalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti