...

"Kaztransoyl" və Batumi neft terminalı arasında BM-in yaradılması üzrə saziş başa çatıb

Energetika Materials 22 Dekabr 2006 11:43 (UTC +04:00)

"KazMunayQaz" MK SC-nin prezidenti Uzakbay Karabalin və Batumi Neft Terminalının sədri Yan Bonde Nilsen "Kaztransoyl" SC və Batumi neft terminalının səhmdarları arasında birgə müəssisənin yaradılması üzrə sazişin başa çatdığını bildiriblər. Bu barədə Trend in xüsusi müxbiri KMQ-in mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflərin bərabər tərəfdaşlar kimi çıxış edəcəkləri yeni "Batumi Terminals" şirkətinin başlıca məqsədi Qazaxıstan neft hasilatı şirkətlərinin Qara dənizə birbaşa çıxışının təmin olunmasıdır.

Saziş nəticəsində "KazMunayQaz" milli neft -qaz şirkətinin yüz faizlik törəmə müəssisəsi "Kaztransoyl" SC Gürcüstanın Qara dəniz sahilində faydalı strateji və geosiyasi yerə malik aktivlərin sahibi olan şirkətdə iştirak payı əldə edir. Beləliklə, Batumidəki neft terminalı Qazaxıstan Respublikasının Dünya okeanına birbaşa çıxışı olan ilk xarici neft-nəqliyyat aktivi olur.

Son yeddi il ərzində Batumi terminalında neft və neft məhsullarının yüklənib boşaldılması həcmləri demək olar ki, dörd dəfə artıb, 2006-cı ilin yekunlarına görə təxminən 12 mln. ton rekord göstəriciyə nail olunacağı gözlənilir. Terminal Transqafqaz neft-nəqliyyat dəhlizinin əsas tərkib hissəsidir, onun müştəriləri arasında ExxonMobil, Chevron və b. da daxil olmaqla, böyük neft-qaz şirkətləri var. Batumin neft terminalının sabit işi, yüksək idarəetmə standartları, müasir ekoloji tələblərə uyğunluq və davamlı maliyyə-iqtisadi göstəricilər yeni birgə müəssisənin səhmdarlarına gələcəyə inamla baxmağa imkan verir.

"KazMunayQaz" MK SC-nin prezidenti qeyd edib ki, bu layihə "KazMunayQaz" şirkətlər qrupunun bazar kapitallaşmasının artırılması, onun müəssisələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi və Qazaxıstan neftinin ixrac istiqamətlərinin müxtəlifləşdirilməsi üzrə inkişaf strategiyasının ahəngdar tərkib hissəsidir.

Yan Bonde Nilsen bildirib ki, birgə müəssisənin yaradılması həm terminalın səhmdarları, həm də Qazaxıstan Respublikasının milli neft-qaz şirkəti üçün uğurlu qərardır.

Xəbər lenti

Xəbər lenti