...

"Bakqaz" İB Azərbaycan paytaxtının abonentlərinə qaz tədarkünün həcmini artırıb

Energetika Materials 28 Dekabr 2006 12:15 (UTC +04:00)

Hazırda Azərbaycan ərazisində havanın tempratrunun aşağa düşməsi səbəbindən Bakı istehlakçılarına sutkada təxminən 10 mln. kub metr qaz verilir. Bu barədə Trend ə "Azəriqaz" QSC-nin mətbuat xidmətindən bildiriblər.

Abonentlərə qazı "Azəriqaz" QSC-dən alan "Bakqaz" çatdırır.

Bu idarənin nümayəndələrinin sözlərinə görə, adətən bu dövrdə paytaxt abonentlərinə 8-8,5 mln. kub metr qaza verilir. Keçən il əlverişsiz soyuq hava şəraitində şəhər abonentlərinə qaz rekord göstərici ilə verilib - 12 mln. kub metrdən artıq.

Hazırda Azərbaycanın yeraltı qaz anbarlarına qış dövründə abonentlərin təchizatı üçün 1 mlrd. kub metr qaz doldurulub.

Xəbər lenti

Xəbər lenti