...

Nazir: "Azərbaycan və Avropa Birliyi energetika sahəsində dörd istiqamətdə işləyəcək"

Energetika Materials 17 Yanvar 2007 15:06 (UTC +04:00)

2006-cı ilin noyabrında Avropa Birliyi və Azərbaycan arasında imzalanan "Energetika sahəsində strateji tərəfdaşlıq barədə" sənəd Avropanın hansısa enerji mənbəsindən asılı olaraq ciddi təlaşını əks etdirir. Bu barədə Trend in verdiyi xəbərə görə, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çərşənbə günü məlumat verib.

Onun sözlərinə görə, Bu gün Avropa İttifaqı alternativ enerji mənbələri axtarır. AB və Azərbaycanq arasında strateji tərəfdaşlıq əməkdaşlığın dörd istiqamətini müəyyən edir. Bu istiqamətlərdə xüsusi ekspert qrupları yaradılacaq.

Birinci istiqamət Azərbaycan qanunlarının AB ölkələrinin qanunlarına uyğunlaşdırılmasıdır. Bunun üzərində energetikanın qanunlarını, onun istehsalını, nəqlini, paylanmasını, tariflərini və qiymət siyasətini bilən hüquqşünas və ekspertlər qrupu işləyəcək.

İkinci qrup Avropa Birliyi üçün çox vacib olan nəqliyyat yolları ilə məşğul olacaq. Bakı Tiflis-Ceyhan və neft boru kəməri və Cənubi Qafqaz qaz kəmərinin tikilməsi Avropa üçün çox əhəmiyyətlidir.

"Azərbaycan son illər belə meqa layihələr həyata keçirən yeganə ölkədir. Avropa Birliyi məsələ qaldırıb ki, Qazaxıstan nefti Azərbaycan ərazisindən keçsin, Qazaxıstan, qismən də Türkmən və iran qazı respublika ərazisindən keçsin, sonra isə NABUKKO layihəsi üzrə ya Qara Dənizdən və Ukraynacan Avropaya keçsin."-deyə N. Əliyev xəbər verib.

İş aparılan üçüncü məsələlər qrupu Azərbaycan yanacaq energetika kompleksinin restrukturizasiyasıdır.

"Yanacaq energetika kompleksində islahatlar aparmaq lazımdır ki, o daha səmərəli, mobil və özəlləşdirilmiş olsun"-deyə nazir qeyd edib.

Dördüncü qrup məsələlər təcrübə mübadiləsidir-deyə N. Əliyev sözlərini bitirib.

Xəbər lenti

Xəbər lenti