...

Nazir: Azərbaycan DNŞ-in Bakı –Novorossiysklə neft ixracından imtina etməsi Rusiyadan qaz idxalının dayandırılmasının nəticəsidir

Energetika Materials 17 Yanvar 2007 16:26 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı -Novorossiysk şimal boru kəməri marşrutu üzrə neft ixracından imtina etməsi Rusiyadan təbii qaz idxalının dayandırılmasının nəticəsidir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Əgər biz Rusiya qazının idxalından imtina haqqında danışırıqsa, o zaman təbii ki, biz mazut istehsalının artırılmasına dair öz yanacaq-energetika balansımızı yenidən qurmuşuq. Bunu yalnız neft emalının artırılması hesabına etmək olar", - deyə nazir bildirib.

O qeyd edib ki, ona görə də Azərbaycan Dövlət Neft Şirkətinin neftinin ixracını dayandırıb.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində Azərbaycanda quruda işləyən şirkətlər bu marşrut üzrə neft nəqlini davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti