...

Naxçıvan şəhərində mexaniki sayğaclar elektron tipli sayğaclarla əvəz edilir

Energetika Materials 2 Mart 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvan şəhərində mexaniki sayğaclar elektron tipli sayğaclarla əvəz edilir. Bu barədə Naxçıvan MR Dövlət Energetika Agentliyindən məlumat verilib.

Agentlikdən bildiriblər ki, indiyədək Naxçıvan şəhərində 9288 elektron sayğac quraşdırılıb. Ötən illərdə şəhərdə quraşdırılmış digər 3500 mexaniki sayğacın digər elektron tipli sayğaclarla əvəz edilməsi prosesi hazırda davam edir. Buna səbəb kimi isə sayğaclara kənar müdaxilələrin qarşısının alınması göstərilir. "Mexaniki sayğaclara müdaxiləyə daha çox rast gəlinir. Əvəzlənmə prosesi isə daha məqsədəuyğundur. Bütövlükdə isə şəhər ərazisində sayğaclaşdırma prosesi aprel ayının əvvəllərində başa çatacaq", deyə agentlikdən bildiriblər.

Naxçıvan MR Dövlət Energetika Agentliyindən onu da bildiriblər ki, ötən ay Naxçıvan şəhərində 375 000 manat vəsait toplanılıb. Hazırda isə əhaliyə verilən elektrik enerjinin dəyəri və ödənilmə faizi barədə məlumatlar toplanılmaqdadır.

Xəbər lenti

Xəbər lenti