...

Hökumət Azərbaycanın kimya müəssisələrinə maliyyə yardımı edəcək

Energetika Materials 13 Mart 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bu gün Nazirlər Kabinetində baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə Azərkimya Dövlət Şirkətinin müəssisələrinin fəaliyyətinin dayandırılması ilə bağlı geniş iclas keçirilib.

Çərşənbə axşamı hökumətdən verilən məlumata görə, iclasda müəssisələrin fəaliyyətinin bərpa edilməsi və qarşıdan gələn Novruz bayramı münasibətilə əmək haqqı borclarının ödənilməsi barədə əmr verilib.

Dövlət Şirkətinin problemlərinin həlli üçün müvafiq qurumlara tapşırıqlar verilib və dövlətin kimya müəssisələrinin fəaliyyətini davam etdirməsi üçün maliyyə yardımı ayırmağa hazır olduğu bildırilib. Azərkimyanın enerji təchizatı məsələsinin həll olunması barədə göstiş verilib. "Sumqayıtelektrikşəbəkə" enerjinin kəsilmədiyini bildirsə də, Nazirlər Kabinetində bu fakt təkzib olunub.

"Bir faza ilə bütün kimya müəssisələrində işi təmin etmək mümkün deyil",-deyə hökumətdən bildiriblər.

Şirkət rəhbərliyi borclar məsələsinin ən azı 2011-ci ilə qədər uzadılmasını xahiş edib. Hökumətdə isə bildirilib: "Borcların silinməsi məsələsinə baxılmır, onlar özləri hesablaşmalıdırlar. Buna görə də bu mərhələdə təxirə salınma məsələsi ən real həll variantı hesab olunur".

İclasın sonunda qəbul olunmuş protokola əsasən, son bir neçə gündə müəyyən tədbirlər görüləcək. Burda şirkət rəhbvərliyi tərəfindən bəzi kimya məhsullarının (kaustik (yandırıcı) soda, dixloretan, propilen, izopropilon spirti, maye xlor, butadin, sintetik maddələr) idxal qiymətlərinin qaldırılması barədə hələ ötən il verilmiş təkliflərdən də istifadə olunacağı istisna olunmur.

Enerjidaşıyıcılarının qiymətlərinin baha, avadanlıqların köhnə olması, müasir laboratoriyaların olmaması şirkətin beynəlxalq standartlara cavab verə biləcək tərzdə işləməsinə mane olur.

Ölkədə 100-dən yuxarı müəssisə fəaliyyət göstərir ki, bunların da 70-80%-i dövlətin balansındadır. Bu cür problemlərin mövcudluğu ucbatından kimya sənayesinin inkişaf tempi aşağı düşür. Müvafiq olaraq bu rəqəmlər 2006-cı ildə 3,4%, 2005-ci ildə 3,7%, 2004-cü ildə 4,7%, 2003-cü ildə 3,9%, 2000-ci ildə 3,4%, 1995-ci ildə 3% olub. 2007-ci ilin yanvar ayında isə kimya məhsullarının istehsalı 43,6% azalıb.

Xəbər lenti

Xəbər lenti