...

Nazir: "Gürcüstanın enerji sistemində Azərbaycan qazının payı təqribən 50 faiz təşkil edir"

Energetika Materials 19 Mart 2007 19:42 (UTC +04:00)
Nazir: "Gürcüstanın enerji sistemində Azərbaycan qazının payı təqribən 50 faiz təşkil edir"

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirçixalia/ Gürcüstanın enerji sistemində Azərbaycan qazının payı 2,3 mln. kubmetr təşkil edir ki, bu da Rusiyanın Gürcüstana əsas qaz idxalçısı rolunu itirməsi deməkdir. Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Gürcüstanın energetika naziri Nika Qilauri bu gün Cənunbi Qafqaz qaz kəmərinin Qardabanidəki birinci nasos stansiyasında keçirilən xüsusi brifinqdə bildirib. Nazir qeyd edib ki, Gürcüstan bu məsələdə tamamilə bir enerji mənbəyindən asılı qalmayıb və alternativ qaz mənbəyi tapa bilib.

Gürcüstan sutka ərzində Cənubi Qafqaz qaz kəməri ilə 1 mln. kubmetr və köhnə kəmərlə "Azəriqaz" QSC-nin daxili imkanları hesabına 1,3 milyon kubmetr qaz alır. Əlavə 0,8 mln. kubmetr qaz Ermənistana qaz tranzitinə görə "Qazprom"dan alınır. Rusiya tərəfi Gürcüstana birbaşa olaraq 2,4-2,5 mln. kubmetr qaz tədarük edir. Nazirin sözlərinə görə, Gürcüstanın qışda qaza olan sutkalıq təlabatı 5,5-5,6 mln. kubmetr təşkil edir. Qilauri qeyd edib ki, Azərbaycandan 1,3 mln. kubmetr həcmdə qaz idxalı aprelin 1-nə qədər davam edəcək, lakin bu sazişin uzadılması istiqamətində də danışıqlar gedir. "Paralel olaraq "Şahdəniz" yatağında əlavə quyular qazılacaq və müvafiq olaraq Azərbaycandan alınan qazın həcmi artacaq".

Xəbər lenti

Xəbər lenti