...

Azərbaycan Türkiyə ilə qazın qiymətinin qaldırılmasını müzakirə etmək niyyətindədir

Energetika Materials 28 Mart 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Şahdəniz" layihəsinin birinci mərhələsinin həyata keçirilməsi çərçivəsində qazın satış qiymətlərinin artırılmasına 2007-ci il oktyabrın 1-dən sonra baxıla bilər. Bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu müddət müqavilə ilə razılaşdırılıb və bu Türkiyəyə qaz tədarükünün başlanmasından bir illik dövrü əhatə edir.

Nazir qeyd edib ki, bu məsələdə Türkiyəyə qaz tədarükünün başlanması tarixinin təfsiri ilə bağlı müəyyən çətinliklər mövcuddur.

Türkiyə tərəfi iddia edir ki 1 oktyabr 2006-cı il tarixində qaz ala bilmədiklərinə görə, 2007-ci ilin 1 oktyabrında qiymətin dəyişdirilməsinə baxıla bilməz. Azərbaycan tərəfi isə bəyan edir ki, qaz Gürcüstan-Türkiyə sərhədində olsa da, Türkiyə tərəfi bu günə qədər texniki problemlərə görə qazı qəbul edə bilmir.

"Bu yolla qazın qiymətlərinə 2007-ci ilin 1 oktyabrında baxılma imkanı mövcuddur",-deyə Əliyev söyləyib. Bu məsələ ilə bağlı yekun qərar Türkiyənin Botaş şirkəti ilə Azerbaijan gas supply company (Norveç Statoil-in operatoru) arasındakı danışıqlar yekunlaşdıqdan sonra müəyyən olunacaq.

Nazir hazırda Türkiyənin Cənubi Qafqaz qaz kəməri ilə "Şahdəniz" qazını qəbul edə bilmədiyini bildirib. Kəmərin Türkiyə hissəsində kompressor stansiyasında işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti