...

İqtisadi inkişaf nazirinin müavini Bakı və Sumqayıt elektrik şəbəkələri müşahidə şuralarının sədri təyin olunub

Energetika Materials 20 Aprel 2007 19:59 (UTC +04:00)
İqtisadi inkişaf nazirinin müavini Bakı və Sumqayıt elektrik şəbəkələri müşahidə şuralarının sədri təyin olunub

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Bakıelektrikşəbəkə" ASC Müşahidə Şurası istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində səylərin artırılması, şəbəkənin yenidən qurulması üzrə prioritet layihələrin texniki iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanmasını tövsiyyə edib. Bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda göstərilib. .

"Bakıelektrikşəbəkə"yə 2007-2009-cu illər üzrə İnvestisiya Proqramının, 2007-ci il üçün gəlir və xərclər smetasının hazırlanaraq Şuraya təqdim edilməsini tapşırılıb.

Müşahidə Şurasının birinci iclasında ötən müddət ərzində maliyyə-iqtisadi fəaliyyət, istehlakçıların enerji təchizatının yaxşılaşdırılması, elektrik enerjisindən istifadə haqqının yığılmasının mövcud vəziyyətinə dair məsələlərə baxılıb. İclasda eyni zamanda İdarə Heyətinin hesabatı dinlənilib, cari problemlər və onların həlli yolları, dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadəsi məsələləri müzakirə olunub.

Müşahidə Şurasının 2007-ci il üzrə fəaliyyət planı təsdiq edilib.

İqtisadi inkişaf nazirinin əmri ilə onun müavini Mikayıl Cabbarov Bakı və Sumqayıt elektrik şəbəkələrinin müşahidə şuralarının sədri təyin olunub.

Müşahidə şuralarının tərkibinə İqtisadi İnkişaf, Maliyyə, Sənaye və Energetika nazirliklərinin və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndələri daxildir.

Müşahidə Şuraları ölkə prezidentinin "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında" 10 avqust 2006-cı il tarixli sərəncamına uyğun olaraq yaradılıb.

Xəbər lenti

Xəbər lenti