...

Azərbaycan Dövlət Neft Fondunun rəhbəri: "ADNF-nin aktivləri 1,7 mlrd. dolları keçib"

Energetika Materials 30 Aprel 2007 13:22 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondunun rəhbəri: "ADNF-nin aktivləri 1,7 mlrd. dolları keçib"

Trend-i buradan izləyin

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/1 aprel 2007-ci ilə əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivləri ilin əvvəlində 17,7 faiz artaraq təxminən 1,492 mlrd. manat (1,72 mlrd. dollar) təşkil edib. Bu barədə bazar ertəsi mətbuat konfransında ADNF-nin icraçı direktoru Şahmar Mövsümov bəyan edib.

Onun sözlərinə görə, birinci rübdə ADNF-nin gəlirləri 373,6 mln., xərcləri isə 147,7 mln. manat təşkil edib.

Ölkədə həyata keçirilən neft müqavilələrindən fondun gəlirləri 358,2 mln. manat, o cümlədən gəlirli neft satışından - 342,4 mln., bonus ödəmələrdən - 0,9 mln., xarici investorlar tərəfindən qaytarılmış aktivlərdən - 0,5 mln. manat, ixrac olunan neftin istehsal və müqavilə qiymətləri arasında fərqdən - 14,4 mln. manat təşkil edib.

Birinci rübdə fondun vəsaitləri idarəsində gəlirlilik 15,4 mln. manat təşkil edib. Hesabat dövründə ADNF-nin xərcləri strukturunda qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və yerləşdirilməsi üzrə tədbirlərin həyata keçiriliməsinə 27 mln. manat, Dövlət Büdcəsindən transfertlərə 112,5 mln. manat köçürülüb. Samur-Abşeron irriqasiya sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ADNF-dən 7,3 mln. manat ayrılıb. ADNF-nin idarə olunması üzrə xərclərə 0,9 mln. manat ayrılıb. Qeyri-büdcə xərclərinə və ödəmələrinə valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə əlaqədar xərclər 1,5 mln. manat təşkil edib

Xəbər lenti

Xəbər lenti