...

VR Azərbaycanın "Petrochem Group" şirkətilə müqavilənin müddətini uzadıb

Energetika Materials 8 May 2007 13:42 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın iri neft və qaz işlənmələri və nəqli layihələrinin əməliyyatçısı olan BP bu yaxınlarda öz tərəfdaşları adından yerli "Petrochem Group" ilə mövcud müqaviləni uzadıb. Uzatma növbəti iki il müddətinə ümumi dəyəri 3,6 milyon dollaradək olan sürtkü yağları ilə bağlı xidmətlərin idarə olunmasını əhatə edir. Bu barədə BP-nin çərşənbə axşamı yaydığı məlumatda bildirilib.

Bu müqavilə BP və tərəfdaşlarının həm öz müqavilələrində iştirak edən şirkətlərin sayını, həm də yerli şirkətlərlə başlanan müqavilələrin dəyərini artırmaqla öz layihələrində yerli ehtiyatlardan istifadəni maksimuma çatdırmaq səylərinə uyğundur.

Müqaviləyə əssən, "Petrochem Group" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG), "Şahdəniz", "Bakı-Tbilisi-Ceyhan" (BTC) və "Cənubi Qafqaz" boru kəməri (CQBK) obyektlərinə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini yerinə yetirəcək.

Yeni iş həcminə sürtkü yağları ehtiyatlarının maksimum və minimum səviyyələrinin monitorinqi daxil olmaqla, sürtkü yağları ehtiyatlarının saxlanılmasının dəstəklənməsinin təmin olunması, keyfiyyət təminatı və keyfiyyətə nəzarət yoxlamaları, təkmilləşdirmə və proqnozlaşdırma daxildir. Bu müqavilə həmçinin yük daşımalarının izlənməsini, gözlənilən həcmlərlə bağlı BP-nin işçi heyəti ilə əlaqənin yaradılmasını, vaxtı keçmiş və ya köhnəlmiş yağlara alternativlərin tapılmasını, müxtəlif avadanlıqlar üıün sürtkü yağları strategiyasının hazırlanmasını, sürtkü yağları üzrə məlumat bankının idarə olunmasını, süzmə, təmizləmə və ferroqrafiya proqnozlaşdırmasını əhatə edir.

"Petrochem" şirkətlər qrupu 1992-cü ildən başlayaraq BP şirkətinin Azərbacyanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur.

Həftənin yeddi günü, günün 24 saatı xidmət göstərmək üçün "Petrochem" xüsusi ixtisaslaşmış sürtkü yağları anbarı inşa edib. Bundan əlavə, "Petrokem" şirkəti BP və "Kastrol ofşor" ilə birlikdə qarışdırıcı qurğunun inşa olunması üçün araşdırmaya başlamışdır ki, bunun BP qrupu standartları ilə uyğunluğu yoxlanılacaq və təsdiqlənəcək.

"Bu, bizə müvafiq bir lisenziya əsasında seçilmiş tez daşınan məhsullar istehsal etməyə imkan yaradacaq" - deyə "Petrochem" şirkətinin rəhbəri Fərhad Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti