...

"Azəriqaz" QSC MS-20 markalı yağın alınması üçün tender elan edib

Energetika Materials 10 May 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azəriqaz" QSC-nin Yeraltı qaz anbarları istehsalat Birliyi 120 ton MS-20 markalı kompressor yağının alınması üçün tender elan edib. Bu barədə cümə axşamı QSC-dən məlumat verilib.

Tenderdə iştirak ərizələri 2007-ci il 14 iyun tarixinə qədər qəbul olunur. Təkliflərin qəbulu isə iyunun 22-nə kimi aparılacaq. 2007-ci il iyunun 23-də təkliflərin açılışı olacaq.

Tenderin qalibi seçilərkən aşağı qiymət, yüksək keyfiyyət, layihənin icra olunma müddəti, tədarükçünün profesionallığı, maliyyə və texniki imkanları kimi amillər əsas götürüləcək.

Xəbər lenti

Xəbər lenti