...

ARDNŞ yanvar-may aylarında ixrac olunan neftin həcmini açıqlayıb

Energetika Materials 6 İyun 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bak ı / müxbir Trend /. Çərşənbə günü ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, yanvar-may aylarında ARDNŞ 3,05 mln. ton neft ixrac edib. ARDNŞ Bakı-Novorossiysk kəməri vasitəsilə yanvar-may aylarında 326.39 min ton neft ixrac edib. Bakı-Supsa kəməri vasitəsilə isə analoji dövrdə kəmərin təmiri ilə əlaqədar olaraq neft daşınmayıb. Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi limanına isə dəmir yolu vasitəsilə 160, 59 min ton neft ixrac olunub. Yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə isə 2,56 mln. ton neft ixrac olunub. 2006-cı il ərzində Bakı- Novorossiysk boru kəməri vasitəsilə 1,77 mln. neft icrac olunub (2005-ci ildə isə 1 mln. 631 min ton). 2006-cı il ərzində ARDNŞ Bakı-Supsa kəməri vasitəsilə 1,15 mln. ton neft ixrac edib (2005-ci ildə 1 mil. 263 min ton). Dəmir yolu vasitəsilə Batumi limanına 1,13 mln. ton neft ixrac olunub (2005-ci ildə 4141,728 min ton). BTC vasitəsilə isə 1,4 mln. ton neft ixrac olunub (Bu marşrut vasitəsilə neft ixracına ötən ilin mayında başlanılıb).

Xəbər lenti

Xəbər lenti