...

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Energetika Materials 20 İyun 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan neftinin iyunun 19-da qiyməti 1 barrel üçün 72,09 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,051 dollar artıqdır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər.

AZERI LT CIF Augusta növünün iyunun 19-da qiyməti 1 barrel üçün 72,87 dollara bərabər olub. Bu isə əvvəlki qiymətdən 0,04 dollar aşağıdır.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Bu layihədə operator rolunda "BP" şirkəti çıxış edir. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır. APİ üzrə Azeri Light növünün sıxlığı 34,8 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 0,15 faizə bərabərdir.

İynunun 19-da URAL (EX-NOVO) neftinin qiyməti 1 barrel üçün 68,14 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,24 dollar aşağıdır.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 30,4-31,85 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 1,8 faizə bərabərdir.

Brent Dated neftinin iyunun 19-na qiyməti 1 barrel üçün 73,04 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,21 dollar artıqdır. APİ üzrə Brent Dated neftinin sıxlığı 38,3 dərəcə, kükürdün mövcudluğu isə 0,36 faizə bərabərdir.

Xəbər lenti

Xəbər lenti