...

"KazMunayQaz" Qazaxıstan qazının "Cənub Axını" vasitəsilə ixracı haqqında məlumatın vaxtından əvvəl verildiyini bildirib

Energetika Materials 30 İyun 2007 13:16 (UTC +04:00)
"KazMunayQaz" Qazaxıstan qazının "Cənub Axını" vasitəsilə ixracı haqqında məlumatın vaxtından əvvəl verildiyini bildirib

Azərbaycan, Bakı / müx. Trend K.Arınova/ "KazMunayQaz" QSC neft şirkətindən olan mənbənin verdiyi məlumata görə, Qazaxıstan yeni "Cənub Axını" layihəsinin bu ölkənin qazı üçün nəzərdə tutulması barədə məlumatı gözlənilməz hesab edir.

Qaz kəmərinin dəniz hissəsinin Rusiya sahilində yerləşən "Bereqovaya" kompressor stansiyasından Bolqarıstan stansiyasına qədər Qara dənizin dibindən keçməsi planlaşdırılır. Qara dəniz hissəsinin ümumi uzunluğu 900 km, maksimal dərinliyi isə iki kilometrdən çox olacaq. Boqarıstandan olan quru hissəsi üçün isə şimal-qərb, cənub-qərb olmaqla iki mümkün marşrut nəzərdə tutulur.

"Cənub Axını"nın tikintisi ilə bağlı plan xəbəri bizim üçün çox gözlənilməz oldu və və bu kəmər vasitəsilə Qazaxıstan qazının nəql edilməsi haqqında məlumat isə vaxtından əvvəl verilən bir məlumatdır. Qazaxıstanın bu layihəyə qoşulması məsələsinə hələlik baxılmır" - deyə mənbə qeyd edib.

"Cənub Axını"nın ötürmə qabiliyyəti xərclərin optimallaşdırılması üçün nəzərdə tutulan texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyən ediləcək və tranzit ölkələrdə aparılacaq tədqiqatlar da nəzərə alınacaq. Yunanıstan da layihədə iştirak etmək niyyətini bildirib.

"KazMunayQaz" nümayəndəsinin sözlərinə görə, "Cənub Axını" "Transxəzər" qaz kəmərinin rəqibinə çevrilə bilər və böyuk həcmdə qaz nəql edə bilər.

"Cənub Axını" layihəsinin texniki-iqtisadi əsalandırılıması doqquz aya, tikintisi isə 4 aya qədər müddət ərzində başa gələcək. "Cənub Axını" layihəsi üzrə müqavilə iyunun 23-də Romada İtaliyanın "Eni" şirkəti və "Qazprom" tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti