...

ARDNŞ "BP Azerbaijan" üçün dəniz yatağının modelini hazırlayacaq

Energetika Materials 3 İyul 2007 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ ARDNŞ-in Yataqların Modelləşdirilməsi Mərkəzi "BP Azerbaijan" şirkəti ilə "Günəşli" yatağının dərinlikdə olan hissəsinin geoloji modelinin hazırlığına dair saziş bağlayıb. Bu barədə ARDNŞ-dən verilən məlumatda bildirilir. Analoji işlər "Binəqədi oyl" əməliyyat şirkətinin sifarişi ilə gerçəkləşdiriləcək. Bu şirkət quruda yerləşən "Binəqədi" yatağında iş aparır. Bu layihə ilə bağlı artıq hazırlıq işləri start götürüb.

Xəbər lenti

Xəbər lenti