...

Azərbaycan İnvestisiya Şirkəti Səngəçal- Qaradağ neft-qaz terminalını investisiyalaşdırmaq barədə qərar qəbul edib

Energetika Materials 3 İyul 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan İnvestisiya Şirkətindən (AİŞ) çərşənbə axşamı verilən məlumata görə, Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında "Səngəçal-Qaradağ neft və qaz terminalı" qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına 9 mln. dollar investisiya qoyuluşu barədə qərar qəbul olunub. Belə bir qərar şuranın iyunun 29-da keçirilən iclasında terminalın yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının təqdimatından sonra qəbul olunub.

AİŞ və "Qafqaztransservis" arasında imzalanmış razılığa əsasən, şirkət yatırılmış vəsaitlər hesabına "Səngəçal-Qaradağ neft və qaz terminalı" QSC-nin nizamnamə kapitalının 25%-ni əldə edəcək.

İnvestisiya layihəsinin əsas məqsədi Bakının Qaradağ rayonu ərazisində neft-qaz terminalının tikintisidir. Bu terminal vasitəsilə Qara dəniz sahilində yerləşən terminala və "Bakı-Tbilisi- Ceyhan" kəməri vasitəsilə Ceyhan limanına nəql olunacaq Qazaxıstan və Türkmənistanın xam neftini qəbul etmək nəzərdə tutulur.

Terminalın həcmi ilkin mərhələdə illik 12 milyon ton (10 mln. ton neft və 2 mln. ton kondensat) olaraq nəzərdə tutulur və bu həcmin gələcəkdə 40 milyon tona qədər artırılması mümkündür. Layihənin ümumi dəyəri təxminən 90 mln. dollardır.

Xəbər lenti

Xəbər lenti