...

Dünyada ən iri qazıntı şirkəti yaradılıb

Energetika Materials 24 İyul 2007 13:45 (UTC +04:00)
Dünyada ən iri qazıntı şirkəti yaradılıb

Azərbaycan, Bakı / Trend / "Transocean"nın məlumatında bildirilir ki, dünyanın ən iri qazıntı şirkətləri olan "Transocean" və "GlobalSantaFe" şirkətlərinin Direktorlar Şurası aktivlərinin birləşdirilməsini bəyan edib. "Transocean Inc" adlandırılan birləşmiş şirkətlərin ümumi dəyəri 53 mlrd. dollar təşkil edir. "Transocean"nın əsas icraçı siması Lonqun sözlərinə görə, birləşmiş şirkətlərin donanmasına 146 qazıntı qurğusu daxildir.

"Birləşmə bizim donanmanın keyfiyyətini artıracaq və qazıntı qurğularının beynəlxalq bazarında, xüsusilə Orta Şərqdə, Qərbi Afrikada və Şimal dənizində "Transocean"nın mövqeyini yaxşılaşdıracaq. Biz həmçinin sifariş olunan qazıntı işlərinin tam həcmini təklif edəcəyik" - deyə Lonq bildirib.

"GlobalSantaFe"nin prezidenti Yon Marşalın sözlərinə görə, birləşmiş şirkət çox böyük müştəri bazasına malik olacaq. "Bu, hər iki şirkət iştirakçıları üçün ideal sövdələşmədir" - deyə o bildirib.

"GlobalSantaFe" Azərbaycanda "Qurtuluş" qazıntı qurğusuna malikdir. Bu qurğu Xəzərin Azərbaycan və Türkmənistan sektorlarında bir sıra işlərə cəlb olunub.

"Transocean" Azərbaycanda "Dədə Qorqud" və "İstiqlal" adlı iki qurğuya da malikdir, bu qurğular "BP"nin sifarişi ilə "Azəri", "Çıraq", "Günəşli" və "Şahdəniz" yataqlarında işləyir.

Xəbər lenti

Xəbər lenti