Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Avqust ayında "Şahdəniz" yatağında qiymətləndirmə quyusunda yan sütunun qazılması başa çatdırıldıqdan sonra "İstiqlal" qazma qurğusunda profilaktiki yoxlama aparılacaq. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
"Qazma qurğusu uzun müddətdir dənizdədir. Işlərin davam etdirilməsi üçün profilaktiki işlər görmək lazımdır", - deyə ARDNŞ-dən qeyd ediblər. Qurğuda əlavə avadanlığın quraşdırılması planlaşdırılmır.
Profilaktikadan sonra qurğu "İnam" strukturunda kəşfiyat quyusunun qazılmasına başlayacaq.
"İnam" layihəsində BP-nin payı 25 faiz, ARDNŞ-in 50 və Shell-in 25 faizdir. "Istiqlal" qurğusundan istifadə etməklə INX-2 quyularının plan üzrə düzəldilməsi prosesi yekunlaşma mərhələsinə keçib.